Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il yol qəzalarında 862 nəfər ölüb

Ötən il yol qəzalarında 862 nəfər ölüb


Ötən il ölkədə baş verən yol qəzaları zamanı 862 nəfər həlak olub

Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən il 1636 yol qəzası baş verib. Onlardan 1367 nəfər yaralanıb, 862 nəfər isə həlak olub.

Bütün yol-nəqliyyat hadisələrinin 39,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib..

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş vermiş, nəticədə 6 nəfər həlak olmuş, 29 nəfər yaralanıb. Hadisələrin 17-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Mehman Mehdiyev
Xəbəri paylaş