Ermənistanın müdafiə naziri Suren Papikyan nazirlikdə ciddi islahatlar aparmağı nəzərdə tutur.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, Papikyan yaxın vaxtlarda Silahlı Qüvvələrin Baş Qərargah rəisi Esvard Asryanı vəzifəsindən azad edəcək. 2022-ci ilin iyulunda bu vəzifəyə təyin edilən Esvard Asryanı onun müavini Yeroyanın əvəz edəcəyi bildirilir.
Sayt yazır ki, Ermənistanın Müdafiə Nazirliyində təmizləmə əməliyyatı aparmaq tapşırığı Suren Papikyana Qərbdən verilib. Nazirə qısa müddətdə rəhbərlik etdiyi qurumdakı Rusiya meyilli şəxsləri nazirlikdən uzaqlaşdırmaq tapşırılıb.
Mehman Mehdiyev