Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda yeni yerüstü piyada keçidi inşa edilir

Paytaxtda yeni yerüstü piyada keçidi inşa edilir


Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidinin inşasına start verilib.

Newscenter.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.50 metr, qalereyasının eni 4.5 metrdir.

Yol səviyyəsindən hündürlüyü 6.80 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.

İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün oval tipli piyada pandusları quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması da nəzərdə tutulub.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Süleyman
Xəbəri paylaş