Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrana və Ermənistana dolayı yolla başa salınmalıdır ki,...

İrana və Ermənistana dolayı yolla başa salınmalıdır ki,...


Ermənistanın Zəngilan istiqamətində son təxribatının arxasında dayanan əsas məqsədlərdən birinin də Zəngəzur dəhlizinin açılmasına maneçilik törətmək olduğu sirr deyil. Elə ekspertlər də bu qənaətdədirlər.

Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımovun qənaətincə, Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat marşrutlarının hədəfində olması baxımından ya bütün marşrutlar üçün açıq hala gəlməlidir, ya da elə durum yaranmalıdır ki, əgər Zəngəzur dəhlizindən Azərbaycan istifadə edə bilməyəcəksə, ordan heç kim istifadə edə bilməsin:

"İranın Hindistandan gələn yüklərin Qərbi Zəngəzur vasitəsilə Gürcüstana və Qara dənizlə Avropaya çatdırmaq planları da təhlükə altında olsun.

İrana və Ermənistana dolayı yolla başa salınmalıdır ki, Qərbi Zəngəzurdan Azərbaycanın istifadəsinin mümkün olması şərti ilə Qərbi Zəngəzurda sabitlik məsələsi paralellik təşkil edəcək. Bu da marşrutun keçdiyi ərazilərin təhlükəli olmasına səbəb olacaq ki, kimsə planlaşdırılan marşrutdan istifadə etməyə risk etməyəcək".

Politoloq deyib ki, açıq şəkildə ərazidə hərbi vəziyyəti bizim gərginləşdirəcəyimizi demək yanlış olar:

"Amma bunun üçün yollar çoxdur. Qeyd edilən variant həmişə gündəmdə saxlanılmalıdır. Gürcüstan da bu qeyd edilən marşruta həvəslidir. Onların ümidlərini ancaq bu yolla qırmaq olar".

Süleyman
Xəbəri paylaş