Qırğızıstanda məktəb müəllimlərinin noutbuklarla təminatı prosesi sürətlənir.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bunu ölkənin təhsil və elm nazirinin müavini Lira Samıkbayeva deyib. Onun sözlərinə görə, noutbukların alınması üçün büdcədən 1,5 milyard som vəsait ayrılıb.
"Sentyabrın 1-dək bütün müəllimlər noutbukla təmin olunacaqlar",-deyə nazir müavini bildirib.
Nazir müavini daha sonra bunları deyib:
"Tədqiqatlar göstərib ki, koronavirus pandemiyası dövründə müəllimlərin 60 faizi özlərinə fərdi noutbuk və ya fərdi kompüter alıb, qalan 40 faizinin isə avadanlığı olmayıb. Aprel-may aylarında müəllimlər avadanlıqların ilk partiyasını alacaqlar. Hazırda bir neçə Çin şirkəti ilə noutbukların tədarükü ilə bağlı danışıqlar aparılır".
Sona