Çox təəssüf edirəm ki, bu gün tarixi oxuyan və maraqlanan gəncliyimiz çox azdır. Yerli - yersiz bayramları tarixi günə çevirən yeni nəslin nümayəndələri 14 fevralı sevgililər günü kimi qeyd edir.
Valentini imperator II Kladius döydürərək, təhqiramiz formada öldürtdürür və əxlaqsızlıq hallarına son qoymaq istəyən bir imperator kimi xarakterizə olunur. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır. Və Valentinin ölümü və onun səbəbləri barədə isə müxtəlif mülahizələr vardır. Bunlardan ən yayılmış olanı və qüvvətlisi budur ki, həmin keşiş imperatorun əmri olmasına baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə davam edirmiş və romalıların məlum mağarasını özünə ibadətgah seçibmiş. Nəzərə alsaq ki, Valentin xristianlığın yayıldığı ilk əsrlərdə yaşayıb, onun mağarada fəaliyyət göstərməsi heç də təəccüblü sayılmamalıdır. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda – məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada öldürtdürür. O, məhz sərt imperatorun əxlaqsızlığa qarşı dözümsüz münasibətinin layiqli qurbanı olub. Bu qeyri-əxlaqi davranışı aradan götürmək üçün həmin dövrdə bu işlərə stimulverici rol oynayan şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın, ən azı bu hal səngisin.
Valentin həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutmayın”, “Sizi sevirəm” deyə məktublar göndərməsi faktıdır. Bu fakt ümumiyyətlə onun haqqında söyləninənləri şübhə altına alır və “homoseksualist” ifadəsinin doğruluq dərəcəsini artırır. Axı kişinin kişiyə “səni sevirəm” deməsinə bundan başqa hansı adı vermək olar?!
Katolik dünyasının bu şəxsə önəm verməsinə gəlincə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Lupercalia” bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından (bu narahatlıq əxlaqi deqredasiyaya görə deyil, bütpərəstlərin saylarının çox görünməsi ilə bağlı idi), buna bir çarə axtardılar. Bu zaman xristian qəbristanlığında dəfn olunan Valentin “yada düşdü” və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı bir adlı şənlikdə – Müqəddəs Valentin günündə – əylənmələrini təmin etdilər. Bununla həmin bu məlun Valentin günü meydana çıxdı. Bu hadisə Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni Papa Gelasius tərəfindən 496-cı ildə “Lupercalia” bayramının adı Valentinin şərəfinə dəyişdirilmişdir.
SEVGİNİN GÜNÜ YOXDUR!
P. S. Azərbaycanda sevgililər günü 30 iyun tarixindədir. Ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir.
Həcər Məlikova