"Son erməni təxribatı danışıqlar prosesinə ciddi zərbədir. Bu tərəflər arasında etimad mühitini zədələyə bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. Onun sözlərinə görə, əgər erməni hökuməri günahkarları cəzalandırmasa, bu hadisəyə görə məsuliyyət daşıyır:
"Belə olan halda Azərbaycan təbii ki, onlarla başqa dildə danışacaq. Necə ki, ordumuz bu təxribata lazımi cavab verdi. Bundan sonra da hər hansı bir təxribat olarsa, dərhal cavab veriləcək".
Politoloq hesab edir ki, indiki halda danışıqların tam dayandırılacağını düşünmür:
"Ancaq davamlı təxribat baş verərsə Azərbaycan daha sərt formada düşmənin cavabını verəcək. Erməni hökuməti həm də bunu hesablamalıdır. Bakı sülh gündəliyinə sadiqdir və biz bütün məsələlərin sülh prosesi ilə həllinin tərəfdarıyıq. Azərbaycan dövləti bunu ən yüksək səviyyədə bəyan edib. Qarşı tərəf bunu istəmirsə, o zaman bədəlini ağır formada ödəməyə hazır olmalıdır".
Süleyman