Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev Qətər şirkətlərini Qazaxıstan bazarına investisiya qoymağa dəvət edib

Tokayev Qətər şirkətlərini Qazaxıstan bazarına investisiya qoymağa dəvət edib


Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Qətər şirkətlərini ölkəsinə investisiya qoymağa dəvət edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Prezident Tokayev iki ölkə arasında ikitərəfli ticarətin həcmini yarım milyard dollara çatdırmağı təklif edib.

Qasım-Jomart Tokayev bildirib ki, Qazaxıstanın seçdiyi istiqamətin bəzi cəhətləri Qətərə bənzəyir:

"Bir çox xarici şirkətlər, o cümlədən Qətər Qazaxıstanın açıq qapı siyasətinə, nəhəng resurslarına və azad bazar islahatlarına diqqət yetirib. Şaxələnmiş və sabit iqtisadiyyatın əsaslarının qoyulması Qazaxıstanın əsas vəzifəsidir. Keçən il Qazaxıstanın ümumi daxili məhsulu 265 milyard dollar təşkil edib. Bizim hazırkı hədəfimiz 2029-cu ilə qədər bu göstəricini 450 milyard dollara çatdırmaqdır. Ötən il iqtisadi artım 5,1 faizə çatıb. Bu, ölkənin inkişaf tempindən demək olar ki, iki dəfə çoxdur”, - deyə prezident bildirib.

Natiq Orucov
Xəbəri paylaş