Qətərdə rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bu ölkənin ən yüksək dövlət rəmzi hədiyyə edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Tokayevə Qətər Dövlətinin qurucusu Şeyx Casim bin Məhəmməd bin Taninin qılıncı təqdim olunub.
Məlumata görə, bu qılıncla mükafatlandırılan ilk xarici lider 2016-cı ildə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud olub. Qılınc daha sonra 2021-ci ildə Oman sultanı Haitham bin Tarekə və 2022-ci ildə İspaniya Kralı VI Filippə hədiyyə edilib.
Qətərin ən yüksək dövlət rəmzi sayılan qılınc Qətər Dövlətinə və bütün bəşəriyyətə xidmətlərinə görə verilir.
Mehman Mehdiyev