Türkiyənin məşhur turizm nəşri olan "Hotel qəzeti" Azərbaycanın turizm potensialı, eləcə də Zəngəzur dəhlizinin açılmasının turizmin inkişafına verə biləcəyi töhfələrdən yazıb.
Newscenter.az-ın xəbərinə görə, Türkiyəyə səfəri çərçivəsində sözügedən qəzetə müsahibə verən Azərbaycanın ən böyük turizm səyahət şirkəti olan "Zakher Travel"in təsisçisi Cəfər Qara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, əməkdaşlıq etdiyi ölkələr və xarici tərəfdaşlar, gələcək planlar barədə danışıb.
Müsahibəsində Zəngəzur dəhlizinin açılmasının perspektivləri barədə da danışan Cəfər Qara, "Azərbaycanı Naxçıvana, oradan da Türkiyəyə bağlayacaq Zəngəzur dəhlizinin bir an öncə açılması lazımdır. Türk dünyasını bir-birinə birləşdirəcək, bölgədə zənginlik və sosial rifahı təmin edəcək, turizmi inkişaf etdirəcək Zəngəzur dəhlizinin açılması ilə Orta Asiya və Avropa arasında Xəzər dənizi və Türkiyə üzərindən keçəcək bir dəhliz formalaşacaq. Bu dəhlizin açılması Türkiyənin yalnız Azərbaycanla deyil, eyni zamanda Yaxın Şərqlə ticarət həcminin artmasına vəsilə olacaq. Türk dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək. Zəngəzur Türk dünyasının parlayan ulduzu olacaq",-deyə bildirib.
Süleyman