Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın dünyada daimi strateji tərəfdaşı, davamlı dostu olmayıb.

ABŞ-ın dünyada daimi strateji tərəfdaşı, davamlı dostu olmayıb.


Son vaxtlar Avropa ilə yanaşı okeanın o tayından da Azərbaycana qarşı müəyyən təzyiqlər hiss edilir. Vaşinqton regionda sülh və sabitliyə töhfə vermək adı altında açıq şəkildə Ermənistanın yanıda yer aldığını büruzə verir.

Amerikanın məlum mövqeyi ilə bağlı fikirlərini Newscenter.az-la bölüşən politoloq Yusif Bağırzadə deyib ki, ABŞ-ın Azərbaycana bu şəkildə münasibətlərinin kökündə bizim müstəqil siyatəmiz dayanır. Onun sözlərinə görə, ABŞ üçün hər zaman prioritet özünün maraqları olub və öz maraqlarını nəyin bahasına olsun təmin etməyə çalışan Vaşinqton üçün digər ölkələrə münasibətdə ədalət deyil, kimin sözə baxan olması və ABŞ-ın təsir altında olmağa razılıq verməsi dayanıb:

"Cənubi Qafqaz regionunun gərəkliliyini, bu bölgənin imkanlarını kifayət qədər yaxşı dərk edən ABŞ üçün region ölkələrinin onun təsir dairəsində olması olduqca vacibdir.
Azərbaycanın öz maraqlarının kiminsə maraqlarına qurban vermək istəməməsi, hər hansı ölkənin təsir dairəsinə düşməməsi hər zaman Azərbaycan Ermənistan münasibətlərində ABŞ –ın İrəvanın maraqlarını üstün tutmasına yol açıb".

Yusif Bağırzadə deyib ki, hətta Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə bağlı ABŞ –ın o zamankı prezidenti Bill Klintonun Azərbaycan Prezidentinə məktub göndərərək, ermənilərin Kəlbəcəri işğal etməsini pisləməsi, eyni zamanda, həmin dövrdə erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması və münaqişənin ATƏM çərçivəsində danışıqlar yolu ilə aradan qaldırılması planının hazırlanmasında və onun həyata keçirilməsi istiqamətində səylərinə baxmayaraq bunlar ABŞ-ın münaqişəyə tam fəallıqla yanaşmasına, Ermənistan-Azərbaycan münaqişəsinə düzgün qiymət verməsinə və problemin aradan qaldırılması üçün malik olduğu imkanlardan maksimum istifadə etməsinə gətirib çıxarmadı:

"Əksinə, ABŞ hər il dövlət büdcəsindən ayrı-ayrı ölkələrə maliyyə yardımı ayırdığı zaman üç Cənubi Qafqaz ölkəsində ən aşağı maliyyə yardımlarını məhz Azərbaycan etdi, bu da azmış kimi eyni şəkildə Qarabağdakı separatçı rejimə də illik maliyyə yardımları ayrıdı. Qarabağdakı separatçı rejimə açıq dəstək verib, maliyyə yardımları ayıran ABŞ eyni şəkildə 30 ilə yaxın müddət ərzində artıq tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun həmsədri kimi daim Ermənistan-Azərbaycan münaqişəsinin həllinə süni maneələr yaradıb, tormozlayıcı amillər formalaşdırıb.

Ümumiyyətlə, heç vaxt ABŞ-nin dünyada daimi strateji tərəfdaşı, davamlı dostu olmayıb. Yalnız Amerikanın öz maraqları olub və bunun üçün istənilən vasitələrə əl atılıb".

Yusif Bağırzadə, "Azərbaycan isə ABŞ-dan fərqli olaraq Avrasiyada həyata keçirdiyi enerji siyasətində, beynəlxalq təhlükəsizliyin təminatında hər zaman ABŞ-ni özünə etibarlı tərəfdaş sayıb və hər zaman bu prosesdə səmimi olub.

Bütün bunlar onu göstərir ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, regionda sülhün bərqərar olunması istiqamətində ortaya qoyduğu mövqeyə davamlı dəstəyini bəyan edən Ağ Ev əslində sülhdə deyil separatşı rejimlərin mövcuduğunda maraqlı olub. Çünki dünyanın ayrı-ayrı bölgələrindəki separatçı rejimlərin mövcudluğu ABŞ-a həmin ölkələrə təzyiq göstərmək imkanı verib",-deyə söyləyib.

Süleyman
Xəbəri paylaş