Amazon meşələrinin yarısı 2050-ci ilə qədər yox ola bilər.
Newscenter.az-ın xəbərinə görə, alimlərin araşdırmalarından belə qənaətə gəlinib. Nüfuzlu "Daily Mail" qəzetində əks olunan araşdırma materialına əsasən buna səbəb quraqlıq, meşələrin qırılması və yanğınlardır.
Ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbiylə Amazonun 38 faizində qeyd edilən arzuedilməz problem özünü göstərir.
İddia edilir ki, rütubət səviyyəsi bu cür davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi qaçılmaz olacaq.
Məlumat üçün qeyd edək ki, ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin çox hissəsini istehsal etdikləri üçün “dünyanın ağciyərləri” olaraq xarakterizə edilir.
Mehman Mehdiyev