Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada çəyirtkə hücumları artacaq

Dünyada çəyirtkə hücumları artacaq


Qlobal iqlim dəyişiklikliyi özü ilə bərabər bir sıra problemlərə yol açır.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, iqlim dəyişikliyinin yaratdığı qeyri-sabit hava şəraiti çəyirtkə hücumlarını artıracaq.

Bildirilir ki, tədqiqatçılar Afrika və Yaxın Şərqdə çəyirtkə hücumu riski ilə əlaqəni araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Çəyirtkə Mərkəzinin məlumatlarında 1985-2020-ci illər arasında səhra çəyirtkə istilasını təhlil ediblər.

Araşdırmada son 25 ilin ən pis səhra çəyirtkə istilasının 2019 və 2020-ci illərdə baş verdiyi qeyd edilib. Çəyirtkələrin yüz minlərlə hektar əkin sahəsini zəbt etdiyi və oradakı əkinlərə, ağaclara və digər bitki örtüyünə ziyan vuraraq ərzaq təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyi bildirilib.

Araşdırmada Mərakeş və Keniya kimi istilaya meyilli bölgələrin yüksək risk altında olduğu, lakin çəyirtkələrin yaşayış yerlərinin 1985-ci ildən bu yana genişləndiyi və bu ərazinin Qərbi Avropa və Qərbi Mərkəzi bölgələrə doğru ən az 5 faiz genişlənəcəyi proqnozlaşdırıldığı qeyd edilib.

FAO səhra çəyirtkələrini dünyada ən dağıdıcı köçəri həşərat kimi təsvir edir. 1 kvadrat kilometr ərazidə 80 milyon çəyirtkə gündə 35 min insan üçün kifayət qədər qida qəbul edə bilir.

Nərgiz Əzizova
Xəbəri paylaş