Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni yalanlarına rəsmi faktlarla ağır zərbə! Azərbaycanda ilk araşdırma

Erməni yalanlarına rəsmi faktlarla ağır zərbə!


Son aylarda erməni və rus seqmentində Tehran 43-konfransı zamanı "qəhrəmanlıq" edən Gevorq Vartanyan barədə uydurma və və saxta məlumatlar yayılır. Bunun qarşısını almaq üçün real faktlar və rəsmi sənədlər əsasında erməni yalanına son qoymaq üçün bu yazını hazırlamaq qərarına gəldim.

Tarixi silmək olmur, tarixi hadisələrdə baş verən xırda nüansları isə dəyişmək mümkündür, burada adlar və yerlər dəyişdirilsə sənədlər, əlyazmalar, şahidlər, qaynaqlar və sairənın dedikləri, yazdıqları, çəkdikləri qalır. Xüsusən Azərbaycan və azərbaycanlılarla bağlı keçmiş Sovetlər Biriliyində yüzlərlə, minlərlə cəhd edilib ki, dəyişiklilər edilsin. Edilib də. Bunu araşdırdıqca görmək olur. Çünki artıq yeni dövr yeni texnologiyalar vasitəsilə əsl həqiqətləri üzə çıxarmaq olur. Burada rus şovizminin əlaltısı olan ermənilər və onların o dövrdə yüksək vəzifələrdə çalışmış nümayəndələri böyük rol oynayıblar və tarixi yalanlar həqiqətləri ört-basdır etməyə cəhd edilib. Elə bilirlər ki, belə də davam edəcək. Ancaq biz illərdir bu yalanları aşkar edib həqiqətləri üzə çıxarmağa nail oluruq. Belə yalanlardan biri də İkinci dünya müharibəsi illərində İranın paytaxtı Tehranda 1943-cü ildə keçirilən mühüm tarixi görüş barədə yazılanlardır. Xüsusilə Azərbaycanlıların rolunu gizlədib erməniləri önə çıxaran güclər düşünmürdülər ki, bir gün o yalanlar üzə çıxacaq. İndi isə ətraflı:

1943-ci il 28 noyabr - 1 dekabr tarixində İranın paytaxtında "Böyük üçlüyün" "sammit"i keçirilir: SSRİ, Böyük Britaniya və ABŞ-ın rəhbərləri Avropanın müharibədən sonrakı quruluşunu müzakirə edirlər. Noyabrın 28-də başlayan Tehran konfransının əsas məsələsi isə, iki il əvvəlki kimi yenə də Avropada "ikinci cəbhənin" açılması barədə idi.
Sovetlər bundan sonra belə bir əfsanə yaratdılar ki, guya Hitler "Uzun sıçrayış" şərti adı altında əməliyyat hazırlayıb və bu işi xüsusi təyinatlıların başçısı SS Otto Skortsenə tapşırıb. Dünyanın o dövrdə güclü kəşfiyyatı olan almanların birdən birə “əməliyyatı” baş tutmadı, lakin antihitler koalisiyasının rəhbərlərinin necə xilas olmaları barədə ətraflı məlumatlar yazılmağa başladı və ortada guya xilaskar erməni “qəhrəmanı” gündəmə gəldi.

Birinci belə bir əməliyyat olmayıb. Bu Stalinin Amerika ilə Britaniya arasında birliyi pozmağa xidmət edən plan olub. Hadisə görüşə bir gün qalmış Stalinin Ruzvelti çaya dəvət etməsi günü olub. Ruzvlet onun yanında gələndə Amerika nümayəndələri yerləşən binada partlayış olub və Stalin Ruzveltə deyib ki, bəs almanlar belə plan hazırlayıb. Onlar biliblər və ona görə də Amerika prezidentini dəvət edib onun həyatını xilas ediblər. Bundan sonra Britaniya baş naziri Çörçilə inamını itirən Ruzvlet Stalinin istəklərini icra edir. İranda hakimiyyət dəyişmir və ikinci cəhbə açılır. SOnradan məlum olur ki, bu partlayışı elə sovetlər ediblər. Ona görə də İkinci dünya müharibəsindən sonra yenidən Amerika-Sovetlər arasında münasibətlər soyuq müharibə formatına keçir. Vəsslam. 1964-ci ildə Madriddə yaşayan Almaniya məxfi xidmətinin sabiq rəisi SS Otto Skortsen müsahibələrinin birində də bunu etiraf edir “Bu, boş söhbətdi. Hitler heç vaxt mənə bu əmri verməyib”

“Məxfilik açıldı? Sovet dövrünün kəskin epizodları haqqında həqiqət" kitabının müəllifi Vladimir Voronov və bir sıra rus tarixçiləri iddia edirlər ki, heç bir sui-qəsd cəhdi ola bilməzdi.

Məntiq də bunu deyir. “Böyük Üçlüyün” liderlərindən heç biri və hər şeydən əvvəl Stalin, aktiv alman agentlərinin ən kiçik bir işarəsi olsaydı, Tehrana getməzdi. Bundan əlavə, digər variantlar da təklif edildi. Stalin əvvəlcə Həştərxan və ya Arxangelski Böyük Üçlüyün görüş yeri kimi təklif etdi, müttəfiqlər isə Qahirə və Bağdadı təklif etdilər. Yalnız uzun müzakirələrdən və məktub mübadiləsindən sonra Stalinin təklifi ilə Tehran seçildi. Üstəlik, bu, nəhayət, yalnız noyabrın 8-də - konfransın başlamasına 20 gün qalmış qərara alınıb. Belə bir dövrdə almanlar çətin ki, müttəfiqlərin gizli planını öyrənə və liderlərini məhv etmək üçün mürəkkəb əməliyyat hazırlaya bildilər.

Bəs bu erməni kəşfiyyatçı söhbəti hardan və nə zaman çıxdı. Sovetlərin iddia etdiyi Alman kəşfiyyatının “məkrli planını pozan kəşfiyyatçı” hesab edilən Gevork Vartanyan İran vətəndaşı olub, işə götürülən agent olub və yalnız 1953-cü ildə Sovet vətəndaşlığını alıb və yalnız bundan sonra sovet kəşfiyyatçısı olub. Və daha sonra - həyat yoldaşı Gohar ilə əsasən Avropada işləyiblər. 1943-cü ildə erməni gənci Vartanyanın cəmi 19, sevgilisi Göharın isə 17 yaşı var idi. Tehranda sovet sakini İvan Aqayants Vartanyanın cəsur yeniyetmələr dəstəsini “yüngül süvari” adlandırır və onlardan sadə işlərdə: hardasa səs-küy salmaqda istifadə edirdi. diqqəti yayındırmaq, aşağı peşəkar keyfiyyətlərə malik olan “obyektə” diqqət yetirmək.

Amma Vartanyan və onun İrandakı erməni diasporundan olan adamları üçün əslində “Böyük Üçlüyə” sui-qəsdin qarşısını ala bilmək tamamilə fantaziya sferasındadır.
Fikrimizi Sovetlərin 1930-40-cı illərdə kəşfiyyatının rəhbərlərindən biri olan Vladimir Voronov da müsahibəsində təsdiq edir: “Tehran hadisələrində 19 yaşlı sovet kəşfiyyatçısı Gevork Vartanyanın bir qrupunun iştirakı ilə bağlı versiya ortaya çıxıb. Bu versiya necə və nə vaxt yaranıb? 1948-ci ildə Lavrentiy Beriyanın əmri ilə Beriyanın tabeçiliyində olanların səyləri ilə yoldaş Stalinə qarşı epik sui-qəsdin qarşısının alındığı barədə əfsanə verilən bir sıra nəşrlər dərc edildikdən sonra ortaya çıxdı. Bütün bu materiallar Stalinin qarşıdan gələn 70 illik yubileyinə hazırlanıb. Və sonra bu mövzu 1968-ci ilə qədər, Tehran konfransının 25-ci ildönümünə qədər qaldırılmadı”

Sovet kəşfiyyatının arixivində Vartanyan haqqında yazılan xəsiyyatnamədə yazılır:
“Vartanyana Gevroq. OQPU-NKVD agentinin oğludur. İrandakı ciddi kəşfiyyat şəbəkəsi ilə heç bir əlaqəsi olmayan aşağı səviyyəli, sıradan agent. Özlərini "uçan süvarilər" adlandırlar. Bu, özlərinin və ya başqasının bayrağı altında olmasından asılı olmayaraq, ciddi əməliyyatlar üçün deyil, kiminsə üzünə yumruq vurmaq, nəyisə məhv etmək və ya yüngül nümayişkaranə nəzarət etmək kimi “əməliyyatlar” üçün istifadə oluna biləcək işə cəlb olunmuş erməni oğlanları idi. Qarşılaşanda onlara “rəhbərlik edən”lərə, yəni əsl ciddi kuratorlarına rast gəlmədilər. Və hətta mövcud materiallardan bu "uçan süvarilərin" kimə qarşı yerləşdirildiyi aydındır - bunlar ümumiyyətlə mifik Alman agentləri deyil, əsl İngilis agentləridir! Onların hamısını Britaniya kəşfiyyat məktəblərinə sızdırmağa çalışdıqları üçün onların hamısı Britaniya kəşfiyyat xidmətlərinə “göstərildi”. Qalan hər şey, Vartanyanın bütün bu reqaliyaları hamısını onilliklər sonra qazanıb və onun Tehranla heç bir əlaqəsi yoxdur. O, Sovet İttifaqı Qəhrəmanı adını 1984-cü ildə mərhum Yuri Andropovun dövründə, DTK-nın yeni, təzə qəhrəmanlara böyük ehtiyac duyduğu zaman verdiyi təklif əsasında alıb”.

Rus jurnalisti Vladmir Malışev bunu araşdırıb “Əsr (yüzillik)” qəzetində yazır: “Sovet İttifaqı Qəhrəmanı Gevork Vartanyan “Siz 1943-cü ildə Tehranda Stalinin, Ruzveltin, Çörçillin öldürülməsinin qarşısını almağa görə mükafat almısınızmı?” sualına cavab verərək dedi: “Yox! 1943-cü ildə Tehran Mərkəzindən təşəkkür teleqramı aldım. Mən isə 1984-cü ilə qədər Göharla bacardığımız hər şeyə görə və altmış illik yubileyim münasibətilə Qəhrəman adı ilə təltif olundum...”

Məncə bu etiraf göstərir ki, Tehranda bu erməninin heç bir rolu olmayıb. Bu Beriyanın uyrduğu “qəhrəman” idi. Ermənilər İranda erməni mənşəli kəşfiyyatçıların “qəhrəmanlıqları”, o cümlədən Stalinə qarşı sui-qəsdin qarşısının alınması barədə hekayələri ilə Stalini aldada bilməzdi. Ona görə də Vartanyan Stalin tərəfindən mükafatlandırılmayıb. Yoxsa onun həyatını xilas edənə nəinki fəxri ad, ən yüksək mükafatlar verərdi Stalin.

Gevork Vartanyan isə İrandan sonra 43 il NATO-ya qarşı fəaliyyət üzrə ixtisaslaşaraq, Fransa, Almaniya və ABŞ-da işləmiş, bir dəfə də olsun ifşa və yaxud həbs edilməyib, polkovnik rütbəsinə qədər yüksəlib. O, 2012-ci ildə Moskvada öüb.

Ancaq Tehranda o günlərdə böyük üçlüyü qoruyan, təşkilati işləri yüksək səviyyədə həyata keçirən kəşfiyyatçı Seyfulla Süleymanov, Məmmədhüseyn Əsədov, kəşfiyyat komandiri Aşur müəllim və digərləri haqqında Sovet təhlükəsizlik arxivindən sənədləri əldə etmişik və yaxın günlərdə bu barədə geniş yazılar olacaq. Haqq və ədaləti bərpa edib erməni və onların havadarlarının yalanlarını üzə çıxardayacıq.

Zaur Aliyev, dosent
Xəbəri paylaş