Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İSBAM İstanbul Ofisinin açılışı olub

İSBAM İstanbul Ofisinin açılışı olub



İki dövlət, BİR MİLLƏT” anlayışı ilə hər zaman Türkiyənin yanında olan Azərbaycanda fəaliyyət göstərən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) İstanbul şöbəsi açılıb.

Newscenter.az xəbər verir ki, bu barədə mətbuata İSBAM sədri Samir Adıgözəlli məlumat verib. O bildirib ki, dünən İstanbulun Çekmeköy rayonunda İSBAM-ın şöbəsinin açılış mərasimi keçirilib: “Bildiyiniz kimi, mərkəzi qərargahı Azərbaycanda olan İSBAM-ın idarə heyətinin qərarı ilə buradakı yeni şöbəmizin sədri vəzifəsinə İstanbul Qəzet və Reportyorlar Federasiyasının prezidenti Ali Rıza Yıldızı təyin olunub”.

Xatırladaq ki, İSBAM-ın İstanbulda yeni şöbəsinin açılış mərasimi Türkiyədə xeyli media orqanında işıqlandırılıb. Həmin dərc olunan məlumatlara görə, Çekmeköydə İSBAM İstanbul şöbəsinin açılışı lenti İdarə Heyətinin sədri Samir Adıgözəlli ilə Ali Rıza Yıldız birlikdə kəsiblər.

Açılışda çıxış edən İSBAM sədri Samir Adıgözelli Azərbaycan-Qarabağ müharibəsi zamanı və ondan sonra İstanbulda Azərbaycanın haqlı davasını bütün dünyaya nümayiş etdirən Ali Rıza Yıldıza gördüyü işlərə görə bir daha minnətdarlıq edib: “İlk şöbəmizi Türkiyədə – İstanbulda açmağımızın qürurunu yaşayıram. Ali Rıza Yıldız başqanın bu görəvi layiqli və uğurla icra edəcəyinə inanıram. Ali Rıza başqan bundan öncə gördüyü işlər, onun mükəmməl fəaliyyəti gözlər önündədir. Onu bir daha təbrik edirə, uğrular arzulayıram. İlk şöbəmiz xeyirli-uğurlu olsun”.

Məqsədlərinin Azərbaycanı başqa ölkələrdə tanıtmaq, lobbilər yaratmaqla fəaliyyətlərini genişləndirmək, Azərbaycanın hüquqlarını müdafiə etmək, media, turizm və iş dünyası ilə əlaqələri təmin etmək olduğunu bildirən İSBAM sədri Samir Adıgözəlli daha sonra deyib: “İnanıram ki, Ali Rıza Yıldız bəylə bir çox fərqli fəaliyyət həyata keçirəcəyik. Mərasimdə Ali Rıza Yıldızın aylar əvvəl Azərbaycana səfəri, onun Qarabağ daxil 7 şəhərə səfəri barədə təəssüratlaır da bölüşülüb.

İSBAM İstanbul şöbəsinin rəhbəri Ali Rıza Yıldız bildirib ki, önümüzdəki günlərdə bir çox fərqli layihə və fəaliyyətləri olacaq: “Can Azərbaycanın səsini bütün dünyaya çatdıracağıq, onun haqlılığını ortaya qoyacağıq. Azərbaycan-Qarabağ müharibəsinə töhvə vermiş bütün həmkarlarımı ürəkdən təbrik edirəm, onların hamısı “qorxmaz döyüşçü” kimi xəbər yayırdılar…”.
Xəbəri paylaş