Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oruc tutmaq orqanizmi iltihabdan necə qoruyur?

Oruc tutmaq orqanizmi iltihabdan necə qoruyur?



İslam dünyasının müqəddəs ayı hesab olunan Ramazan ayında oruc tutmağın təkcə Allahın buyurduğu bir vacib şərtlərdən birinin yerinə yetirilməsi deyil, eyni zamanda orqanizmin, insan vücudunun təmizlənməsi, paklaşmasıdır. Əgər əvvəllər bunu yaınız İslam alimləri deyirdilərsə, indi artıq avropalılar, qeyri-İslam dininin nümayəndələri də açıq Orucun insan orqanizminə faydalarını şəkildə etiraf edirlər.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İngiltərənin Kembric Universitetinin alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu orucun iltihabdan necə qoruduğuna dair araşdırmanın nəticələrini dərc edib.

Araşdırma nəticəsində qeyd edilir ki, immunitet sistemimiz iltihabla qarşılaşdığımız zaman zədələnmiş bölgələr kimyəvi maddələri çağıraraq bədənimiz üçün lazımi müdafiəni təmin edir. Təəssüf ki, bir sıra amillər ilə iltihabı sürətləndirə və bədənə zərər verə bilər.

Məsələn, yüksək kalorili pəhrizə riayət etmək iltihab sindromu, immunitet sisteminin pozulması riskini daşıdığı bilinir. Lakin oruc tutmağın iltihabdan qorunmağa kömək edə biləcəyini məlum olub.

Tədqiqatçılar 500 kalorili yemək qəbul etmək, 24 saat yeməkdən çəkinmək və daha sonra başqa 500 kalorilik yemək tələb olunan 21 könüllüdən alınan qan nümunələrini araşdıraraq, oruc tutmaq nəticəsində araxidon turşusu adlı birləşmənin artdığını aşkar ediblər.

Araxidon turşusu əvvəllər iltihabla əlaqəli bir yağ idi, lakin araxidon turşusunun iltihabı azaltmaq əvəzinə artırdığı düşünülürdü.

Kembric Universitetinin immunoloqu Clare Bryant deyib ki, oruc tutmaq - bizi iltihabdan, xüsusilə də yüksək kalorili pəhrizlərlə əlaqəli bir çox xəstəliklərin əsasını təşkil edən zərərli formadan necə qoruduğuna dair potensial izahat verir. Komanda laboratoriyada becərilmiş hüceyrələr üzərində testlər aparıb və müəyyən edib ki, araxidon turşusu NLRP3 iltihabı adlanan zülal kompleksinin fəaliyyətini azaldır.

Nərgiz Əzizova
Xəbəri paylaş