"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Newscenter.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.