"Dünən keçirilən andiçmə mərasimində Prezident çox mühüm və tarixi mesajlar verdi. Bu mesajlar onu deməyə əsas verir ki, Azərbaycan əvvəlki dövrlərdə olduğundan daha çox inkişaf edib və ölkəmizin istər siyasi, istərsə də iqtisadi baxımdan irəliləməsi, onu regionda və dünyada söz sahibinə çevirib".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi dövlət başçısının andiçmə mərasimindəki çıxışını şərh edərkən səsləndirib. O deyib ki, dünənki andiçmə mərasimində Prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycanın gələcək inkişafı üçün də çox böyük vədləri özündə əks etdirir:
"Bunlar siyasi, iqtisadi və sosial rifah sahələri üzrə, xüsusilə də gəncləri öz çətiri altına alan strategiyanın əsas hissəsi kimi qeyd olunur.
Konstitusiyanın 116-cı maddəsinə əsasən Nazirlər Kabineti istefaya göndərildi və yeni kabinetin qurulması çox böyük maraqla gözlənilir. Sözsüz ki, yeni qurulacaq hökumət kabinetində yeni simaların olacağı gözlənilir. Bütün bunlar yeni dövrün başlanğıcı kimi hesab edilməlidir və formalaşacaq yeni hökumətin üzərinə böyük işlər düşəcək , düşüncəsindəyəm. Şərəfli və məsuliyyətli bir dönəmə addım atdıq. Azərbaycan qısa müddətdə daha böyük yerlərə gələ bilər".
Anar Əliyev