Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu aşdı, çoxlu sayda yaralı var

Sərnişin avtobusu aşdı, çoxlu sayda yaralı var


Türkiyədə növbəti dəfə avtobus qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Yozqat-Kayseri yolunun Battal kəndi yaxınlığında qeydə alınıb. Məlumata görə, Kayseridən Yozqata gedən sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Qəza zamanı 19 sərnişin xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qəza yerinə jandarma, polis, təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

Sona
Xəbəri paylaş