Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt sakinlərindən silah-sursat müsadirə edilib

Sumqayıt sakinlərindən silah-sursat müsadirə edilib


Sumqayıt şəhər sakinlərində silah-sursat aşkarlanıb.

Newscenter.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Yaqub Malik oğlu Dadaşovun üzərində 1 ədəd “Kalaşnikov” markalı AKMS avtomatı, 1 ədəd daraq və 30 ədəd 5.45 mm güllə aşkar edilərək müsadirə edilib.

Bundan başqa, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Əhmədov Mirzəqulu Akif oğlunun üzərində 1 ədəd “Kalaşnikov” avtomata aid patron tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş