Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tiktok şəbəkəsində peyda olan dələduz dəstə

Tiktok şəbəkəsində peyda olan dələduz dəstə


Tiktok sosial şəbəkə hesabında vəziyyət getdikcə drammatikləşir. Artıq bu sosial şəbəkə ən problemli bir vasitəyə çevrilib.

Elə ictimai xadim Rəfail Ağayev də bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, o bildiirb ki, tiktok şəbəkəsində peyda olan dələduz dəstəsi əsl ictimai bəlaya çevrilib:

"Xalqın qız gəlninin şəkillərini müxtəlif yollarla əldə edən həmin şəxslər, ehtimal ki, müəyyən bir məbləğ qarşısında sosial şəbəkədə onları rüsvay etmək məqsədi ilə paylaşırlar. Burada şəkilləri paylaşılan xanımlar və onların ailələri pul xərcləyərək həmin fotoların silinməsi üçün yenidən vasitəçilər taparaq, bu adamların ciblərini doldururmağa məcbur olurlar. Təəsüf ki bunu edənlərin, son dövrdə inkişaf edən İT texnologiyası sahəsində yaxşı biliklərə yiyələnmiş şəxslər olması ehtimal edililəndir. Əks halda hər kəs bunu edə bilməz. Onlar internet üzərindən qeydiyyatdan keçərək müvəqqəti nömrələrlə həmin sosial şəbəkədə qeydiyyat edilib səhifə, profil açırlar"

Rəfail Eminov deyib ki, məqsədlərinə çatdıqda isə həmin profilləri və ya yerləşdirmələri pozurlar:

"Ümumiyyətlə bəziləri polisin maraqlanmasını bildikdə yox olurlar. Belə olan halda Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən heç bir şey tədbir keçirilə bilmir. Azərbaycan Polisinin Vətəndaşlara cavabları həmin şəbəkənin mərkəzinin Çində yerləşməsinə görə aciz olmaları şəklində bildirilir! Beləliklə, dələduzluqları başına qalan, cəzasızlıq mühitinin yaranmasından əl-qolu açılan gədə-güdənin azğınlığı ölkədə artmaqda davam edir".

Süleyman
Xəbəri paylaş