Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində aşkar olunan 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4060 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülüb.
Həmçinin ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 16 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 90 ədəd patron təhvil götürülüb. Keçirilən tədbirlərlə qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 4 patron darağı və 116 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Mehman Mehdiyev