Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-a uçan təyyarə tualet nasazlığı səbəbindən geri qayıdıb

ABŞ-a uçan təyyarə tualet nasazlığı səbəbindən geri qayıdıb


Niderlanddan Birləşmiş Ştatlara uçan daha bir təyyarədə arzuedilməz hadisə baş verib. Belə ki, Niderlandın KLM aviaşirkətinin sərnişin təyyarəsi tualetlərin nasazlığı səbəbindən təcili olaraq uçuş hava limanına qayıdıb.

Newscenter.az Airlive.net portalına istinadən bildirir ki, Boeing 787-10 sərnişin təyyarəsində qeyd edilən hadisə Amsterdamdan Los-Ancelesə transatlantik uçuş zamanı baş verib. Gedişdən təxminən bir saat sonra bir neçə tualet birdən sıradan çıxıb. Əvvəlcə pilotlar geri qayıtmaq istəsələr də, sərnişinlər onları uçuşa davam etməyə razı salıblar.

Mənbənin sözlərinə görə, bir müddət sonra 200-dən çox insan üçün nəzərdə tutulan 9 tualetdən yalnız biri fəaliyyətini davam etdirib. Nəticədə 6,5 saatdan sonra təyyarə Qrenlandiya üzərində istiqamətini dəyişərək Amsterdam hava limanına qayıdıb.

Mehman Mehdiyev
Xəbəri paylaş