Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATUİAB Azərbaycanda iş adamları ilə görüşlər keçirib

ATUİAB Azərbaycanda iş adamları ilə görüşlər keçirib


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) rəhbərliyinin Qazaxıstan, Türkiyə və Azərbaycana işgüzar səfəri davam edir.

Bu barədə Newscenter.az-a məlumat verən ATUİAB-ın həmtəsisçisi, təşkilatın prezidenti Ruslan İmanzadə deyib ki, fevralın 3-dən başlayan səfər 23-dək davam edəcək:

"Səfər çərçivəsində Qazaxıstan və Türkiyədə müxtəlif sahələrdə çalışan biznes qurumlarının rəhbərləri ilə görüşlər keçirdik. Türkiyənin İstanbul, Bursa və İzmir şəhərlərində çox məhsuldar görüşlərimiz oldu. Hazırda Azərbaycanda görüşlərimiz davam edir. Müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ilə görüşüb onların Özbəkistanın iş adamları ilə əlaqələrini qurmaq barədə çalışırıq".

Ruslan İmanzadə deyib ki, Azərbaycana səfər çərçivəsində fevralın 21-də keçiriləcək Sahibkarlıq Forumunda da spiker olaraq iştirak edəcək.

Süleyman
Xəbəri paylaş