Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan şirkəti Böyük Britaniya jurnalının keçirdiyi sorğuda qalib olub

Azərbaycan şirkəti  Böyük Britaniya jurnalının keçirdiyi sorğuda qalib olub


Böyük Britaniyanın Pan Finance jurnalı“2024-cü ildə ödəmə xidmətlərinin rəqəmsal transformasiyası-Azərbaycan” nominasiyası üzrə PaşaPay şirkətini qalib seçib.

Newscenter.az xəbər verir ki, dünyanın 150-dən çox ölkəsində 200 mindən çox oxucusu olan Pan Finance jurnalı hər il maliyyə sahəsində uğur qazanmış şirkətləri seçərək oxucuları arasında sorğuya təqdim edir. Bu sorğular dünya təcrübələrini və ən uğurlu trendlərini daha yaxından izləmək və qiymətləndirmək imkanı verir.

Jurnal abunəçilərinə onlayn sorğular göndərərək kateqoriyalar üzrə seçim imkanı yaradır. Nəticələr əsasında formalaşan siyahı peşəkar qrup və biznes sahəsində ixtisaslaşan jurnalistlərə təqdim olunur və onlar tərəfindən ilin ən yaxşıları seçilir.
Mükafat proqramı Pan Finance jurnalına maliyyə xidmətləri sahəsində aparıcı şirkətlər və şəxslər haqqında cəlbedici məzmun təqdim etməyə imkan verir. Tanınmış akademiklərin və aparıcı ekspertlərin töhfələrinə əsaslanaraq, Pan Finance maliyyə xidmətləri, iqtisadiyyat, infrastruktur, texnologiya və davamlı inkişafa diqqət yetirir.
“Pan Finance” rüblük dərc olunaraq dünyanın hər yerində keçirilən ən mötəbər hadisələri işıqlandrır.

Sona
Xəbəri paylaş