Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.
Newscenter.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xəbərə əsasən, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.
Qeyd edək ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-i tarixlərində keçiriləcək.
Sevinc Mehdiyeva