Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası Azər Cəfərova tapşırılıb

Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası Azər Cəfərova tapşırılıb


Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

Newscenter.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Bundan əvvəl isə ədliyyə naziri Fikrət Məmmədov idi.

Dövlət başçısının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncamında F.Məmmədovun adı yoxdur.

Sevinc Mehdiyeva
Xəbəri paylaş