"Ermənistanda başlayan aksiyalar uzun müddət idi ki, planlaşdırılan prossesin tərkib hissəsidir. Çünki uzun müddətdir ki, ölkədə hökuməti devirmək üçün açıq çıxışlar səsləndirilir. Hazırda mitinq geniş vüsət almayıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalara başlamasını şərh edərkən səsləndirib. O deyib ki, mitinqləri "Birlikdə" Hərakətı keçirir:
"Hərakatın başında duran şəxs keçmiş baş nazir Qrant Baqratyandı. Baqratyan erməni diasporunun siyasətdəki ən ciddi fiqurlarından biridir. Baqratyan sülh prossesinin və Ermənistan - Türkiyə əlaqələrinin bərpasına qarşı sərt müxalif mövqe ortaya qoyur. Onu da deyim ki, bu şəxsin Paşinyana qarşı çıxan kilsə ilə də gözəl münasibətləri var. Görünür ki, erməni diasporu Paşinyanı sülh prossesindən yayındırmaq istəyir və erməni baş nazirin Münhendə olduğu zaman mitinqlərin başlaması təsadüfi deyil. Şübhəsiz ki, bu diasporun Paşinyan hökumətinə təzyiq metodudur".
Politoloq hesab edir ki, cərəyan edən proseslər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətini normallaşdırmaq istiqamətində addımlarının qarşısını almaq üçün bir cəhddir:
"Baqdaryanın hazırkı cəhdi və onun qarşısına qoyulan missiya bütün erməni müxalifətini ayağa qaldırmaqdır. İnanmıram ki, digər müxalifət liderləri onun arxası ilə getsinlər. Təbii ki, bu aksiyalar Paşinyanı devirə bilməyəcək. Onlar da bunu bilirlər. Sadəcə məqsədləri müəyyən mənada təzyiq etməkdir. Əgər erməni baş nazir qətiyyət göstərib diaspor və onun Baqdaryan kimi "nökərləri" qarşısında boyun əyməsə, regiona sülh gələcək".
Süleyman