Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan müharibə tərəfdarıdır

Ermənistan müharibə tərəfdarıdır


"Azərbaycanla şərti dövlət sərhədi boyunca davam olaraq təxribatların həyata keçirilməsi, Azərbaycan Ordusunun mövqelərinin müntəzəm olaraq atəşə tutulması onu deməyə əsas verir ki, Ermənistan müharibə tərəfdarıdır. Bu ölkə sadəcə sülh istəyir görüntüsü yaradır. Əks halda təkcə sözdə deyil, eyni zamanda əməldə bunu sübuta yetirərdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, Ermənistanın təxribatları təkcə İrəvandan qaynaqlanmır, eyni zamanda burada xarici təsirlər də öz sözünü deyir:

"Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti hər zamankı kimi müstəqil siyasət həyata keçirmək iqtidarında deyil. Ermənistan hakimiyyəti bir qayda olaraq sifariş əsasında hərəkət etməyə, addım atmağa öyrəncəli olub. Bir vaxtlar Kremlin zəngi ilə oyanan Ermənistan hakimiyyəti, indi də Fransa xoruzunun səsi ilə "yuxudan" ayılır. Ancaq bütün halda Ermənistan hakimiyyəti nəzərə almalıdır ki, heç bir kənar təsir, havadarlıq onun işinə yaramayacaq. Əksinə Ermənustanın aqressiv mövqe sərgiləməsi onun ziyanına olacaq".

Mehman Mehdiyev
Xəbəri paylaş