Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan uçuruma gedir

Ermənistan uçuruma gedir


"Ermənistan uçuruma doğru gedir. Bu ölkə xarici havadarlarının sifarişi və dəstəyi ilə Azərbaycanla şərti sərhəd boyunca təxribatlara əl ataraq özünü uçuruma doğru aparır".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun son günlər Ermənistanın şərti sərhəd boyunca törətdiyi təxribatlara açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, Ermənistanın təxribatlar həyata keçirmək sifarişi Parisdən verilib:

"Azərbaycan və Ermənistan arasında delimitasiya məsələləri üzrə komissiyanın sonuncu görüşündən sonra tərəflər arasında etimad mühiti bir qədər də möhkəmlənmiş və hətta il ərzində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanacağına dair optimist fikirlər səslənmişdi. Elə başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla əksər erməni rəsmiləri də bunun mümkünlüyündən danışırdılar. Ancaq Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regionda marağı olan qüvvələr, xüsusilə Fransanı razı salmadığı üçün dərhal Fransadan Ermənistana vəziyyəti gərginləşdirmək sifarişi verildi".

Analitik Qrup hesab edir ki, Ermənistan nə qədər özündə cəsarət tapıb müstəqil siyasət yürütməyə meyilli olmayacaq, sülh müqaviləsinin imzalanması da bir o qədər yubanacaq:

"Bundan itirən tərəf isə yalnız Ermənistan olacaq".

Anar Əliyev
Xəbəri paylaş