Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan cənub-şərq və cənub-qərb sərhəd zonalarında olub.
Newscenter.az news.am-a istinadən bildirir ki, səfər çərçivəsində general-leytenant Edvard Asryan Azərbaycanla sərhəd bölgəsində yerləşən bir sıra hərbi hissələrə baş çəkib, döyüş növbətçiliyində olan hərbi qulluqçularla söhbət edib, sərhəd vəziyyəti, xidmətin təşkili şəraiti ilə tanış olub.
Baş qərargah rəisi həmçinin hərbi qulluqçularla görüşüb. hərbi hissə və hərbi hissələrin komandirləri ilə məsləhətləşmələr aparıb.
Edvard Asryan mühəndis-istehkam qurğularının tikintisinin gedişini izləyib, yeni tikilmiş modul tipli hərbi hissəyə baş çəkib, tamamlama və təchizat işlərinə baxıb.
Mehman Mehdiyev