"Hesab edirəm ki, bu gün Ermənistan sülh deyil, daha çox müharibə barədə düşünür. Azərbaycanın gündəliyi isə bu gün sülhdür".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov son günlər Ermınistanın şərti dövlət sərhədində davamlı olaraq təxribatlar həyata keçirməsi və bunun genişmiqyaslı hərbi qarşıdurmaya gətirib çıxaracağı mümkünlüyü barədə danışarkən səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan dövləti bölgədə sülhün təmin olunması istiqamətində çalışır. Lakin Ermənistanın timsalında eyni addımı görmürük:
"Azərbaycan sülh istəsə də, lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, Ermənistanın müharibə istədiyini görürük. Ona görə də nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, təxribatlar riski hər an var. Bu təxribatları Ermənistan və onun havadarları tərəfindən hər an gözləyirik. Bu mənada çallşırıq ki, sülh prosesini sürətləndirək. Ermənistan da çalışmalıdır ki, bu prosesi sürətləndirsin və qarşımıza qoyduğumuz hədəflərə, məqsədlərə nail ola bilək".
Millət vəkili onu da qeyd edib ki, paralel olaraq hər bir riskə, təxribata qarşı da hazır olmalıyıq.
Süleyman