Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhərdəki moykalara nəzarət edilməlidir

Şəhərdəki moykalara nəzarət edilməlidir


"Bakı şəhərində fəaliyyət göstərən saysız-hesabsız moykalar, daha dəqiq desək avtomobillərin yuyulması üçün yerlər var ki, həmin yerlərdə məhz içməli sudan istifadə edildiyi barədə məlumatlar var. Hesab edirəm ki, həmin məkanlara nəzarət edilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentdə “Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı səsləndirib. Millət vəkili yaçayış binalarının tabeliyində olan hu hovuzlarına da diqqət çəkib:

"Mənim üçün maraqlıdır ki, qanun layihəsində həmin avtomobil yuma məntəqələri, eləcə də su hovuzları barədə maddə daxil edilibmi?. Düşünürəm ki, Hepatit virusunun yayılması ilə bağlı təhıükələr artdığı bir vaxtda su hovuzlarına nəzarət gücləndirilməlidir".

NEWSCENTER.AZ

.
Xəbəri paylaş