Milli Məclisin bu gün keçirilən plenar iclasında Əli Əsədovun Baş nazir postuna namizədliyi səsverməyə qoyularaq qəbul edilib.
Newscenter.az xəbər verir ki, səsvermədən sonra çıxış edən Əli Əsədov başda Prezident İlham Əliyev olmaqla Milli Məclisin rəhbərliyi və deputatlara etimada görə təşəkkür edib.
Əli Əsədov qarşıdakı illərdə müdafiə və təhlükəsizlik sahəsində tədbirlərin daha da gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və sərhədlərimizin təhlükısizliyinin qorunmasının prioritet olacağını deyib.
Əli Əsədov əhalinin sosial rifah halının gücləndirilməsinin də hökumətin qarşısında prioritet təşkil edəcəyini deyib.
Süleyman