"Ölkədə məhkəmə islahatlarının icrası yaxşı vəziyyətdə deyil. Bir çox hallarda məhkəmə qərarları icra edilmir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili hesab edir ki, məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün qərarı çıxaran hakimlər məsuliyyət daşımalıdırlar:
"Ona görə də hesab edirəm ki, ölkədə məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var. Düzdür, ötən illər ərzində bu istiqamətdə müəyyən addımlar atılıb. Ancaq etiraf etmək lazımdır ki, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil".
Süleyman