Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin proqram xarakterli çıxışında diqqət çəkən əsas məqamlar

Prezidentin proqram xarakterli çıxışında diqqət çəkən əsas məqamlar


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə keçirilən andiçmə mərasimindəki çıxşı hesabat xarakterli olmaqla yanaşı, həm də gələcək üçün hesablanmış proqram və tezislərlə zəngin çıxış idi. Cənab Prezident çıxışı zamanı ötən 21 ilin hesabatını verməklə yanaşı, qarşıdakı 7 il üçün nəzərdə tutulan hədəfləri, məqsəd və vəzifələri də açıqlamış oldu. Hesab edirəm ki, dövlət başçısının bu çıxışı hər birimizin qarşısında da vəzifə, məsuliyyət qoyur”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, dövlət başçısının çıxışından aydın oldu ki, ölkənin hərbi qüdrətinin daha da artırılması, orduya yeni texnikaların cəlb edilməsi başlıca prioritet vəzifələrdən olacaq:

“Andiçmə mərasimində çıxışı zamanı dövlət başçısı qeyd etdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Cənab Prezidentin qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün də Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir”.

Arzuman Muradlı qeyd edib ki, Prezidentin çıxışında diqqət ayırdığı digər vacib məsələ milli birliyimizlə bağlı idi:

“Dövlət başçısı milli birliyimizin bundan sonra davam edəcəyinə əminliyini ifadə etdi, bunun zəruriliyini qeyd etdi. Çünki qarşıya qoyulan hədəflərə nail olmaq yalnız milli birlik və həmrəylikdən keçir. Necə ki, İkinci Qarabağ müharibəsində tarixi zəfəri məhz milli birliyimizlə, dövlət başçısı ətrafında sıx birləşməklə əldə etdik, eləcə də bundan sonra da məhz gələcək hədəflərimizə birlik və bərbərliyimizlə çatacağıq. Düzdür, müəyyən xarici dairələr və onların daxildəki havadarları milli birliyimizə mane olmağa, ölkədə qarşıdurma yaratmağa çalışırlar, ancaq biz birlik vı həmrəyliyimizlə bunun qarşısını alırıq”.

İctimia Birlik sədri onu da deyib ki, dövlət başçısının çıxışı zamanı diqqət çəkdiyi digər mühüm məqam Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı idi:

“44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Qarabağın bərpası necə prioritet təşkil edirdisə, qarşıdakı 7 ildə də eyni siyasət davam edəcək. İkinci Qarabağ Müharibəsindən keçən 3 il ərzində görülən işlərin nəticəsindir ki, bu gün işğaldan azad edilən əksər ərazilərimizdə infrastruktur yaradılıb, məcburi köçkünlər öz yurdlarına qayıdıb. Bu proses bundan sonra da davam edəcək və Qarabağımız yenidən cənnət məkana çevriləcək”.

Süleyman
Xəbəri paylaş