Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaydaları pozan sürücülər küçə süpürsünlər

Qaydaları pozan sürücülər küçə süpürsünlər


"Ödənişli yollarda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barədə cərimələr daha da sərtləşdirilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səyavuş Novruzov səsləndirib. Millət vəkili bildirib ki, həmin yollarda yol-hərəkəti qaydalarını pozan sürücülər yalnız pul cərimələri ilə cərimələnməməli, onlar eyni zamanda inzibati məsuliyyətə cəlb olunmalıdırlar:

"Hesab edirəm ki, həmin sürücülər ictimai işlərə cəlb olunmalı, küçə süpürməyə yönəldiməlidirlər ki, tutduqları əməldən nəticə çıxarsınlar. Biri yolda avtomobili sürətlə arxa-arxaya, digəri 200 sürətlə idarə edir".

Millət vəkilinin sözlərinə görə, həmin sürücülər bilməlidirlər ki, onlar yol verdikləri qayda pozuntusu ilə təkcə özləri deyil, eyni zamanda ətrafdakıları üçün də ciddi təhlükə yaradırlar.

Süleyman
Xəbəri paylaş