Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sürətli. qısa müddətli çəki itkisi orqanizmdə hansı fəsadlar yaradır?

Sürətli. qısa müddətli çəki itkisi orqanizmdə hansı fəsadlar yaradır?


Artıq çəkidən əziyyət çəkən bəzi şəxslərin kilo atmaq, arıqlamaq üçün həkim məsləhəti dieta saxlaması, yaxud müxtəlif idman hərəkətləri ilə özünü arıqlatmaq cəhdi heç də bütün hallarda müsbət effekt vermir. Hətta bu üsullardan istifadə etmənin bəzən orqanizmdə mənfi fəsadlar yaratdığı da məlum olur. Elə qastroenteroloq, hepatoloq Aysel Əskərova da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Aysel Əskərova deyib ki, son dönəmlərdə Azərbaycanda, eləcə də bir çox ölkələrdə trendə çevrilən idman hərəkətləri maraqlı və əyləncəli olsa da, bunun hər kəs üçün uyğun bir seçim olmadığı nəzərə alınmalıdır. Onun sözlərinə görə, əsasən xroniki böyrək xəstəlikləri olanlar bu üsulla arıqlamaqdan çəkinməlidirlər:

"Əks halda rabdomiyoliz tablosu ortaya çıxa bilər. Bu isə çox ciddi bir durumdur".

Aysel Əskərova, "Ümumiyyətlə, sürətli, qısa müddə çəki tikisi ürəyinizi, qara ciyərinizi və böyrəklərinizi ciddi formada zədələyir",-deyə vurğulayıb.

Nərgiz Əzizova
Xəbəri paylaş