Türkiyənin Malatya vilayətində zəlzələ olub.
Newscenter.az Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə (AFAD) istinadən bildirir ki, yeraltı təkanlar 4,1 bal gücündə olub. Zəlzələnin episentri Malatyanın Akçadağ qəsəbəsində qeydə alınıb.Yerin 8,9 kilometr dərinliyində baş verən zəlzələ hər hansı dağıntı və tələfata yol açmayıb.
Qeyd edək ki, keçən il fevralın 6-da Malatya da daxil olmaqla Türkiyənin 11 vilayətində 7 baldan yuxarı dağıdıcı zəlzələ baş vermişdi.
Mehman Mehdiyev