Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) üzvlərinin növbəti toplantısı keçirilib. AFRA İdarə Heyətinin sədri Fərid Novruzinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində Assosiasiyanın fəaliyyəti, təşkilati məsələlər, daxili və beynəlxalq münasibətlərin inkişafı, dövlət qurumları ilə kommunikasiya məsələləri müzakirə olundu.
Newscenter.az xəbər verir ki, bundan əlavə, 2024-cü ildə, AFRA üzvlərinin Azərbaycanda sahibkarlıq fəaliyyətinə dəstək və istehlakçılara keyfiyyətli və münasib qiymətlərlə geyim məhsullarının çatdıırılması məqsədi ilə, 2024-cü il üzrə birgə Fəaliyyət Planı təstiq edildi.
Fəaliyyət planına uyğun olaraq, paytaxt Bakıda 12 aprel - 12 may tarixlərində növbəti Ticarət Festivalının (Azerbaijan Shopping Festival) və Outlet Qaraj Günlərinin (Outlet Garage) təşkil edilməsi daxildir. Outlet Qaraj Günlərinə olan tələbi nəzərə alaraq, AFRA üzvləri ilk dəfə olaraq, həmin tarixdə ticarət tədbirinin Gəncə və Naxçıvanda keçirilməsi barədə qərar qəbul edib və artıq bu istiqamətdə hazırlıq işləri aparılır.
2024-cü ildə tətbiq ediləcək yenilik və AFRA üzvlərinin dəstəklədiyi mövzu isə - yaz aylarında Bakıda moda tədbirinin təşkil edilməsidir.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası il ərzində sosial məsuliyyət tədbirləri çərçivəsində Autizm diaqnozlu uşaqlar üçün dəstək tədbirinin həyata keçirilməsini nəzərdə tutub.
İclasın sonunda AFRA-nın yeni üzvü “Lufian” brendinin rəsmi distributoru “Lufian – Modafes” MMC-nin rəhbəri Bulent Demirçi Assosiasiya üzvlərinə təqdim edildi.
Süleyman