Ağır psixoloji xəstəlik dedikdə ilk olaraq ağlımıza şizofreniya gəlir.
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyir ki, şizofreniya hər mədəniyyətdən, hər tip insanda görülən və xarakteristik əlamətləri uzun müddət əvvəl təyin olunan xəstəlikdir. Onun sözlərinə görə, bu pozuntunun xüsusiyyətlərinə qavrama, düşünmə, hərəkət, mən konsepsiyası və başqalarıyla münasibətdə hədsiz qəribəliklər daxildi:
"Diğər tərəfdən, şizofreniyanın əsas xüsusiyyəti psixoz olaraq adlandırılan reallıqdan uzaqlaşmadır. Bu xəstəliyin klinik tablosu, insandan insana dəyişir".
Ülviyyə Murtuzova deyib ki, xarakteristik xüsusiyyətlərinə isə hallüsinasiya, apatiya və laqeydlik, introvert danranışlar və nizamlı çalışma yetərsizliyidir.
Anar Əliyev