Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münxendə Azərbaycan dərsi

Münxendə Azərbaycan dərsi


Almaniyada keçirilən 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində Münxendə bir sıra mühüm görüşlər keçirib. Bu görüşlərdən ən yadda qalanı Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüş oldu. Ümumiyyətlə, Münxen Təhlükəsizlik Konfransı bütün dövrlərdə Azərbaycan üçün yadda qalan hadisə kimi tarixə düşüb. Hələ 3 il əvvəl həmin konfransda iştirakı zamanı Ermənistan rəhbərliyinə əsl dərs keçən Azərbaycan liderinin o vaxtkı siyasi diplomatik gedişi və qarşı tərəfi sözün əsl mənasında nokaut vəziyyətinə salması bu gün də xatırlanır.

Biz də 3 il əvvəl Münxen Təhlükəsizlik Konfransında yaşananlara yenidən nəzər salmaq üçün siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin "Münxendə Azərbaycan dərsi" sərlövhəli yazısının aktuallığını nəzərə alaraq onu yenidən oxuculara təqdim edirik.

Hər kəsin qismətinə və taleyinə həyatın müxtəlif sevinc və təzadlarını yaşamaq düşüb. Ermənistanın baş naziri Nikol Paşinyanın taleyinə isə Azərbaycan Prezidenti İlham Əliyevlə hər görüşdə aciz olmaq, gülünc və məzhəkə obyektinə çevrilmək düşüb. Ermənistanın başçısı tarixin ironiyası ilə üz-üzə qalıb, Azərbaycan Prezidenti onun dünyanın gözü qarşısında hər dəfə layiq olduğu səviyyədə yerini göstərir, maskalanmış riyakar simasını açır, büzüşmüş yazıq görkəminin əsil obrazını təqdim edir, türklər demiş alay edir, alçaldır.

İlham Əliyevin qarşısında komik bir təlxək obrazı Paşinyanın siyasi məişətinə, həyat tərzinə çevrilib. Münhen Konfransında da Ermənistanın baş naziri növbəti utancverici və biabırçı həyatı yaşadı. Prezident İlham Əliyevin erməni separatizmi, terroru barədə sərrast və tutarlı çıxışı Nikol Paşinyanı o qədər təşvişə saldı ki, dili topuq vuran bu zavallı erməni sanki o dünayaya səyahət etdi, o qədər əfsanələr uydurdu ki, eramızdan əvvəlki tarixin qarmaqarışıq yuxularını sərsəmləməyə başladı, həmişə olduğu kimi yenə də əlahəzrət faktlar və tarixi həqiqətlər qarşısında aciz qalaraq mövzudan yayınmağa, mövzuya dəxli olmayan fikirlər söylədi. Eramızdan əvvəlki dövrlərə gedib çıxaraq məntiqsiz və heç bir bağlantısı olmayan tarixi xronologiyanı düzüb-qoşmaqla guya ermənilərin qədim xalq olmasını əsaslandırmağa çalışdı, sanki Roma sərkərdəsi Pompeylə bir yerdə oturub-dururmuş kimi onun adından danışdı. Ancaq heç bir tarixi əsası olmayan, hər hansı bir sənədlə təsdiqini tapmayan və yalnız mif olan bu cür nağıllarla və fantastik “tarixi kəşf”lərlə panel iştirakçılarının gülüş obyektinə çevrildi.

Paşınyan keçmiş SSRİ-nin tərkibindəki respublikaların müstəqillik əldə etməsi fonunda muxtar respublikaların suverenliyə qovuşduğuna dair absurd və siyasi praktikada qəbul olunmayan ittihamlara əl atdı. Yenə də özünü ifşa etdirdi. Bu savadsız və siyasi gerizəkalıya hələ də çatmayıb ki, muxtar respubliklar SSRİ-nin tərkibinə daxil olduğu vaxt bütün ittifar respublikalarının ərazisi kimi təsbit edilmişdi və SSRİ dağılanda da onların hər biri tərkibində olduğu müstəqil respublikaların ərazisi kimi BMT, ATƏT və bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıbdır. Ona çatmır ki, təkcə Rusiyada 20-dən artıq muxrat respublika vardır və onların Rusiya Federasiyasının tərkib hissəsidir, müstəqil dövlət deyil. SSRİ-də 40-da artıq muxtar respublika olub və onların hər biri daxil olduğu respublikanın ərazisi kimi beynəlxalq hüuqu tərəfindən qəbul edilib tanınır. Bu gün Cənubi Qafqaz respublikaları olan Azərbaycan və Gürcüstanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində mövcud olan separatçı-terrorist rejimlərin isə necə, hansı güclər tərəfindən himayə və idarə olunması vassal ölkə Ermənistanın da rəhbərinə məlumdur.

Paşınyan həyasız və abırsızlıqla hətta BMT-nin ünvanına da yalanlar yağdırdı. BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində guya ki, Azərbaycan atəşkəsi pozması nəticəsində torpaqlarını itirdiyini iddia etdi. Şərəfsizliyin həddi olar, bu adam hər şeyini unudaraq beynəlxalq birliyin hüquqi sənədlərini saxtalaşdırmaqdan belə utanmadı. 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın birbaşa işğalda iştirakını, Azərbaycan torpaqlarını işğal etməsini və həmin torpaqlardan silahlı birləşmələrin geri çəkilməsi tələbini əks etdirən müddəaları görməyərək siyasi mənəviyyatsızlığını nümayiş etdirdi.

Paşinyan dünya ictimaiyyətini aldatmağa calışdı, ancaq alınmnadı, Valdaydakı, Aşqabaddakı kimi yenə də Azərbaycan Prezidenti İlham Əliyevin ağır öldürücü zərbə təsiri bağışlayan çıxışı qarşısında rüsvay oldu. Azərbaycanın dövlət başçısı konkret tarixi faktlarla əsil tarixi gerçəkliyi bir daha şərh etdi, bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu, tarixi həqiqətdir. Dövlət başçısı azərbaycanlıların tarix boyu ermənilər tərəfindən etnik təmizlənməyə və soyqırıma məruz qaldıqlarını, torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini, hazırda mövcud olan Ermənistanın əzəli Azərbaycan torpaqlarında yaradıldığını bəyan edərək bununla bağlı istər tarixi, istərsə də beynəlxalq hüquqi sənədləri panel iştirakçılarının diqqətinə çatdırdı. “Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir” deyə bəyan edən Cənab İlham Əliyev 1805-ci ildə Qarabağ xanı İbrahim xanın Rusiya imperiyasının generalı Sisianovla saziş imzalaması, Rusiya imperiyasının süqutundan sonra yaradılan bolşevik hökumətinin, SSRİ-nin qərarlarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqqında əsil tarixi ortaya qoydu. “Ermənilərin vaxtilə onlara verilmiş torpaqlarda və Qarabağda heç bir tarixi irsi yoxdur. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvan ermənilərə verilib və Ermənistan Azərbaycan torpaqları hesabına yaradılıb”. Azərbaycan Prezidenti 1990-cı ildən başlayaraq Ermənistanın işğalçılıq hərəkətlərini, törətdiyi ən ağır cinayəti- Xocalı soyqırımı barədə həqiqətləri bir daha xatırlatdı, beynəlxalq hüququn mövqeyini, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olması barədə yekdil rəyini, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnaməsini təqdim etdi, Paşinyanın uydurma və cəfəng fikirlərini faktlarla, əsaslı dəlillərlə alt-üst etdi.

Azərbaycan Prezidenti konkretliklə, əsil siyasi gerçəkliyi təsvir edən lider kimi bir daha bəyan etdi ki, münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edir. Bəs onda, Paşinyan kimi sarsaq bunları qəbul etmirsə, Azərbaycan nə etməlidir? Bunun çox lakonik və birmnalı cavabı var, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan öz torpaqlarını işğaldan azad etməlidir.
Yeri gəlmişkən, Münhen konfransında Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva da iştirakı Azərbaycanın Qarabağ məsələsinə hədsiz dərəcədə həssas yanaşmasının nümunəsi hesab edilə bilər. Prezident İlham Əliyev möhtəşəm çıxışı ilə Azərbaycanın diplomatik sahədə növbəti uğurunu qazandırdı.

Ermənistanın baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin bu arqumentləri qarşısında lal-dinməz qaldı, əlini qulağının dibinə qoyub maddım-maddım baxmaqla kifayətləndi, Cəsarətsiz şəkildə nəsə demək istəsə də, nala-mıxa vurdu, məntiqsiz, sübut-dəlili olmayan sərsəm cavb verməyə cəhd etdi, ancaq İlham Əliyevin yaylım atəşini xatırladan sərrast hədəfləri qabağında büzülərək özünü və təmsil etdiyi dövləti biabır etdi, erməninin qorxaq və aciz simasını dünaya nümayiş etdirdi.

Qeyd edək ki, bu açıq panel müzakirələrinə bütün qlobal informasiya resursları diqqət yönəltmişdi və Azərbaycan Prezidentinin haqlı mövqeyi, dərin və zəngin tarixi, hüquqi və siyasi bilgiləri, praqmatik və siyasi məntiqə əsaslanan olduqca tutarlı hazırcavablığı bütün dünya ölkələrinin diqqətini cəlb etdi. Və bu sərrast çıxış qarşısında Paşinyanın sərsəmləmələri beynəlxalq səviyyədə nüfuzli siyasi və ictimai xadimlər, media orqanları tərəfindən də kəskin şəkildə pisləndi, onun siyasi savadsızlığı, qeyri-etik davranışları hələ də qınanmaqdadır. Amerikalı, israilli professor Brenda Şafferon, Türkiyənin “Can Azərbaycan” media şirkətinin rəhbəri Namık Kamal Yıldırım, Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək, “Vestnik Kavkaza” Rusiya Federal İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov, Yaponiyanın və dünyanın bir sıra aparıcı KİV-ləri Ermənistanın baş nazirinin yalançı, şantajçı, hətta beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edən saxtakar və dolandırıcı olduğunu gördülər.

Azərbaycanın dövlət başçısının Paşınyana dərs verməsini və onu acınacaqlı vəziyyətə salmasını erməni politoloqları, media mənsubları da etiraf etməkdədir. Onlar açıq şəkildə etiraf edirlər ki, Münhendə Azərbaycan Prezidenti Paşinyanı darmadağın etdi. Erməni ictimaiyyəti Paşinyanın savadsız siyasətçi kimi beynəlxalq tədbirlərdə onları məyus və biabır etməsindən qəzəbləniblər, dünya birliyi qarşısında onları rusvayçı duruma salmasından hiddətlənərək “daha bəsdir, Paşinyan, bilmədiyini şeyləri danışma, heç olmasa sus” deyə bildirirlər.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş