Beynəlxalq Muğam Mərkəzində "Yer üzünün günəşidir xeyirxahlıq" adlı tədbir keçirilib
Newscenter.az-ın xəbərinə görə, Liatris Holdinqin sahibi Ruhi Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbir 17 Fevral - Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr olunub.
İctimai-siyasi xadimlər, tanınmış şəxslər, iş adamları, mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan xalqının mərhəmət və xeyirxahlığından, Ağa Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev və s. digər neft milyonçularının xeyriyyəçilik missiyalarından, xeyirxah əməllərindən danışıblar.
Milli Məclisin deputatı Jalə Əhmədova tədbirdə çıxış edərək Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq autizm spektr pozuntusu olan şəxslərə yardımı və köməyi yalnız Birinci vitse-prezident Mehriban xanım Əliyevadan gördüyümü diqqətə çatdırıb. Qeyd edib ki, Mehriban xanım diqqət və qayğıya ehtiyacı olanların hər zaman yanındadır, günümüzün ən xeyirxah və ən mərhəmətli insanıdır:
Millət vəkili çıxışında onu da vurğulayıb ki, Mehriban Əliyeva xeyirxahlıq mücəssəməsidir və onun xeyirxah əməlləri hər birimizə örnək, nümunə olmalıdır.
Süleyman