Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 saylı tam orta məktəbdə V-XI siniflərin sinif rəhbərləri ilə iclas keçirilib.
Newscenter.az təhsil ocağına istinadən bildirir ki, məktəbin direktoru Xalidə İbrahimova tərbiyə işinin səmərəli təşkili, şagirdlərin gündəlik dərsdə davamiyyətinə nəzarət, gecikmə hallarının aradan qaldırılmasının gücləndirilməsi, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, məktəbdə sağlam psixoloji mühitin qorunub saxlanılması barədə danışıb.
Məktəb direktoru sinif rəhbərlərinə məktəbdə baş verə biləcək xüsusi halların qarşısının alınması, təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, istiqamətində fəaliyyətlərini gücləndirməyi tövsiyə edib.
Süleyman