Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsanı ən çox sıxan məqsədsiz yaşamaqdır

İnsanı ən çox sıxan məqsədsiz yaşamaqdır


"İnsanı ən çox sıxan məqsədsiz yaşamaqdır. İnsan hər şeydən öncə kim olduğunu, dünyaya nə üçün gəldiyini dərk etməlidir".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, bir insan dünyaya gəliş səbəbini anlasa, ona verilən hər saniyəni ən gözəl tərzdə dəyərləndirərək sonsuz axirət həyatı üçün yaşayar:

"Bir də ölüm hər birimizə çox yaxındır, qoca, gənc, uşaq, qadın, kişi fərq etmir, bu gün yaşayırıq, sabah da mütləq yaşayacağıq deyə zəmanətimiz yoxdur. Ona görə həyatı uzun görüb mənasız yaşamamalıyıq, çünki hər şeyin hesabı var, etdiklərinə görə ya peşman olmaq, ya da sonsuz sevinmək imkanı var. Hər şey Allahı sevəndə gözəl olur, hər şey imanla dəyərli olur".

Əli İbrahimov deyib ki, bəzi insanlar dünyaya təsadüfən gəldiyini, dünyada məqsədsiz yaşamaq haqqının olduğunu və öldükdən sonra da tamamilə yox olacağını düşünür:

"Buna görə də əlindən gələni edir ki, həyatı yaddaqalan və mənalı keçsin. Ancaq Allah unudularaq yaşanılan həyat sıxıntıdan başqa insana bir şey verməz. Belə yaşamaq necə çətin və sıxıntlı olar?! Bir çox insan ona görə xoşbəxt ola bilmir, halbuki Allah insanı sonsuz yaradıb, biz neçə on il burada yaşadıqdan sonra əsil həyatımız olan axirətə gedəcəyik inşaAllah. Etdiyi əməllərə görə axirətdə hesab verəcəyini bilən insan isə əsla zamanını boşuna keçirməz".

Süleyman
Xəbəri paylaş