Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin bu görüşü Ramiz Mehdiyevin kadrlarında da soyuq duş effekti yaratdı

Prezidentin bu görüşü Ramiz Mehdiyevin kadrlarında da soyuq duş effekti yaratdı


"Prezident İlham Əliyevin Ukrayna prezidenti V. Zelenski ilə Münxendə görüşü bəzilərinin dediyi kimi "Azərbaycan Rusiya ilə eyni koordinasiyalı siyasət aparır" tezislərini alt-üst etdi. Bu görüş son günlər Rusiya rəsmilərinin anti-Azərbaycan ritorikasına rəsmi Bakının sərt cavabıdir. Azərbaycan bununla azad dünyanın yanında və Rusiyanın imperialist siyasətinə qarşı olduğunu göstərir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Prezidentin bu görüşü ölkə daxilində Ramiz Mehdiyevin kadrlarında da soyuq duş effekti yaratdı:

"Ramiz Mehdiyevin kadrları durmadan Azərbaycanın Rusiya ilə birgə siyasət aparmasinı, Avrasiya İttifaqını təbliğ edirlər. Türkiyə-Rusiya-Azərbaycan tandemini təbliğ edən şəxslər birmənalı olaraq Azərbaycanı Rusiyanın əsarətində görmək istəyənlərdi".

Politoloq deyib ki, Azərbaycan Türkiyə ilə sıx əməkdaşlıq edir və Ukraynanın yanindadir:

"Bəzi Qərb Liderləri V. Putinin qorxusundan Volodimir Zelenski ilə nəinki görüşmək, hətta üz-üzə gəlməyə qorxurlar".

Süleyman
Xəbəri paylaş