Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizinin turizmdə rolu müzakirə olunub

Zəngəzur dəhlizinin turizmdə rolu müzakirə olunub


"Zakher Travel" şirkətinin rəhbəri Cəfər Qara Mərkəzi Asiya ölkərinə, xüsusi ilə də qardaş Qırğızıstan Respublikasına işgüzar səfəri zamanı bir neçə mühüm görüşlər keçirib.

Bu barədə Newscenter.az-a məlumat verən Cəfər Qara deyib ki, səfər çərçivəsində Qırğızıstanın İqtidsadiyyat Nazirliyinin tabelyindəki Turizm Departamentinin direktoru Nurmuhhammed Minbaev, həmçinin, Qırğızıstan Respublikasının Turizmin İnkişafına Dəstək Fondunun vitse-prezidenti Maksat Usubəliyev, Qırğızıstan Tur Təşkilatları Assosiasiyasının prezidenti Saltanat Midin ilə görüşlər keçirilib:

"Görüşlər çərçivəsində, iki ölkə arasında turist mübadiləsi, Qırğızstanda turizminə dəstək, Türk dövlətlərində təcrübə mübadiləsi, Zəngəzur dəhlizinin turizmdə rolu, yerli və beynəlxalq layihələrdə birgə iştirak, eləcə də digər mövzular ətrafında ətraflı müzakirələr aparılıb".

Qeyd edək ki, görüşlərin yekununda, Turizm Departamenti tərəfindən ölkənin turizm sənayesinin inkişafında uğurlu əməkdaşlıq üçün "Zakher Travel" tur operatoruna təşəkkür sertifikatı təqdim olunub. Həmçinin, Qırğızıstan Tur Təşkilatları Assosiasiyasının rəsmi üzvlük sertifikatı “Zakher Travel”a təqdim edilib.



Süleyman
Xəbəri paylaş