“Münxen Təhlükəsizlik Konfansı dünyanın aparıcı ölkələrin liderləri, siyasətçiləri, transmilli korporasiya rəhbərləri, siyasi ekspertlərinin toplaşıb müzakirə apardığı qlobal platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin hər il bu konfansa dəvət edilməsi və hər dəfə həm ölkəmizə, həm də onun lideri Cənab İlham Əliyevin nüfuzuna artan maraq, dövlət başçısı ilə görüşməyə yönəlmiş cəhdlər, təşəbbüslər onu deməyə əsas verir ki, həm Azərbaycanın, həm də onun prezidentinin dünyada artan nüfuzu bu kimi faktlarda bir daha öz təsdiqini tapır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan dövlət başçısının Münxen Təhlükəsizlik Konfransında iştirakı və konfrans çərçivəsində keçirdiyi görüşləri şərh edərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının konfrans çərçivəsində keçiridiyi çoxsaylı görüşlərdə Azərbaycanın milli maraqlara söykənən siyasəti uğurla təqdim edildi:
“Cənab Prezident keçirdiyi görüşlərdə Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətin həm regional, həm də qlobal anlamda verdiyi töhfələr öz əksini tapmış oldu”.
Deputatın sözlərinə görə, Azərbaycanın təklif etdiyi, təşəbbüs göstərdiyi məsələlərə qlobal aspektdə olan müsbət münasibət, Bakı ilə əməkdaşlığa yönəlmiş cəhdlərin artması onu deməyə əsas verir ki, ölkəmizin indiyə qədər həyata keçirdiyi xarici siyasəti uğurlu, nəticəli bir siyasətdir:
“Konfransda Azərbaycan liderinin erməni baş nazirlə görüşü və görüşdən öncə İlham Əliyevin Ermənistanla yalnız vasitəçisiz ikitərəfli görüşlərə maraqlı olması barədə açıqlaması, həmçinin görüşün də məhz ölkə başçısının dediyi formatda keçirilməsi dediklərimizin konkret bariz nümunəsidir. Ümumi nəticətə gələrək onu demək olar ki, Azərbaycanın dünyadakı nüfuzu durmadan artır və Cənab İlham Əliyev də artıq qlobal lider kimi qəbul edilir. Cənab İlham Əliyevə yüksək ehtiramın, hörmətin göstərilməsi, Onunla görüşməyə yönəlik təşəbbüslərin artması bütün bunları təsdiqləyir. Hətta Azərbaycan tədricən dünya nizamını formalaşdıran vacib aktorlardan birinə çevrilir. Bu da hər bir azərbaycanlını qürurlandırır”.
Süleyman