Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda oteldə yanğın olub

Bakıda oteldə yanğın olub


Bakının Nərimanov rayonunda yerləşən otellərin birində yanğın baş verib.

Alov otelin üçüncü mərtəbəsində başlayıb.

Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək.

Mehman Mehdiyev
Xəbəri paylaş