Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Karyera və Psixologiya Mərkəzinin İSİM layihəsi çərçivəsində ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər davam edir.
Newscenter.az xəbər verir ki, fevralın 17-də Sumqayıt, Saray və Xırdalan məktəblərində çalışan müəllimlər üçün təlim təşkil olunub.
Sumqayıt şəhər 1 nömrəli məktəbin və Xırdalan şəhər 11 nömrəli məktəbin akt zallarında baş tutan 3 təlimdə ümumilikdə 800-dək ibtidai sinif müəllimi iştirak edib.
Karyera-psixologiya üzrə mütəxəssis, ABŞ-ın Milli Karyera İnkişafı Assossiasiyasının üzvü, DİM-in “Abituriyentin bələdçisi” kitabının və İSİM metodikasının müəllifi Samir Vəliyev ibtidai sinif şagirdlərinin düzgün inkişaf yolları barədə çox vacib məqamlara toxunub.
Xüsusilə günümüzün aktual mövzusu olan şagirdlərin dərslərə köklənə bilməməsi problemi, bu problemin səbəbləri və çıxış yolları göstərilib. Həmçinin şagirdlərin dərsləri daha yaxşı mənimsəməsi üçün effektiv üsullar barədə müəllimlərə əhəmiyyətli tövsiyyələr verilib.
Təlimi böyük maraqla qarşılayan ibtidai sinif müəllimləri bir çox mövzular barədə suallar verib və öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, İSİM layihəsində layihəsində aktiv iştirak edən müəllimlər Layihə müəllimi adını qazanırlar və onlar öz şagirdlərini İSİM metodikası ilə inkişaf etdirirlər.
Nərgiz Əzizova